"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Elmi Səfərəliyev: “Sakinlərlə bələdiyyə ünsiyyəti yetərincə formalaşsa...”

--2017-06-09 / 17:10

Belediyye.infonun suallarını Yevlax bələdiyyəsinin sədri Elmi Səfərəliyev cavablandırır:

- Yevlax bələdiyyələrinin əlaqələndirmə şurasının sədri olaraq təmsil olunduğunuz rayonda formalaşan bələdiyyələrin fəaliyyəti Sizi qane edirmi?

- Yevlax bələdiyyələri əlaqələndirmə şurası rayonda sosial-iqtisadi sahədə qazanılan nailiyyətlər, həyata keçirilən tədbirlər, kompleks abadlıq-quruculuq işlərində və bir çox məsələlərin həllində rayon bələdiyyələri ilə əlaqəli şəkildə işləyir. şura bələdiyyələrin qarşılıqlı fəaliyyəti üçün hərtərəfli iş aparır. Görülən bütün işlərdə rayonun 29 bələdiyyəsi, o cümlədən 1 şəhər, 1 qəsəbə və 27 kənd bələdiyyələri yaxından iştirak edir. Bələdiyyələrin fəaliyyətini qənaətbəxş hesab etmək olar.

-Fikrinizcə, bu gün Yevlax bələdiyyələrinin hansı uğurundan danışmaq yerinə düşər?

- Ümumiyyətlə rayonda fəaliyyət göstərən bələdiyyələr  yerli özünüidarəetmə orqanı olaraq yerli əhəmiyyətli məsələləri həll etmək vəzifələrini yerinə yetirir, yerli sosial-iqtisadi və ekoloji məsələlərin həlli istiqamətində proqramlar hazırlayır və öz imkanları daxilində qarşıya çıxan problemlərin aradan qaldırılmasında əlindən gələni əsirgəmir. Rayonda fəaliyyət göstərən bələdiyyələr öz növbəsində məhdud maliyyə imkanlarından səmərəli istifadə etməklə yerli əhaliyə keyfiyyətli xidmətlər göstərməyə çalışmaqla, daima əhalinin artan tələbatının ödənilməsini təmin edir, hər hansı problemin öz həllini tapmasını daim nəzərdə saxlayır.  Məsələn, rayonun Malbinəsi, Balçılı, Aran, Kövər kənd bələdiyyələrini rayonun qabaqcıl bələdiyyələrindən hesab etmək olar. Həyata keçirilən irili-xırdalı layihələrdə bu bələdiyyələrin rolu danılmazdır.

-Təcrübəsi yayıla bilən bələdiyyələr irəliləyişə hansı istiqamətdə naiil olublar?

- əhalinin durmadan artan tələbatının həllində, onların maddi-rifah halının yaxşılaşdırılması üçün, kənddə aparılan abadlıq-quruculuq işləri seçicilərin diqqətindən kənarda qalmır.

-Yevlax rayonunda bələdiyyə seçici münasibətləri hansı müstəvidə qurulub?  Ötən illərlə müqayisədə bu münasibətlərdə hansı irəliləyişlər  hiss olunur?

- Fəaliyyətimizdə vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılması, onların qəbulu, əhali tərəfindən qaldırılan problemlərin qanun çərçivəsinə müvafiq həlli yollarının müəyyənləşdirilməsi və icrasının təmin edilməsinə  Yevlax bələdiyyəsi diqqətlə yanaşır. Yevlax bələdiyyəsi çalışır ki, sakinlərlə qurulan əlaqə, qarşılıqlı işlər, birgə keçirilən tədbirlər həmişə öz müsbət nəticəsini göstərsin. Yevlax Bələdiyyəsinin 17 nəfər üzvü vardır. Onlardan 7 nəfəri qadındır. Ümumilikdə 5 komissiyya fəaliyyət göstərir. Yaranmış problemlərin həlli ilə əlaqədar daimi komissiyyalar sərbəst müzakirələr aparır, bələdiyyənin iclaslarına rəy və təkliflər verir, müzakirəyə çıxarılan məsələlərin hazırlanmasında birbaşa iştirak edirlər. Bunun üçün hər bir daimi komissiyya öz fəaliyyətini daşıdığı ada uyğun sahələr üzrə istiqamətləndirir. Bələdiyəmizin fəaliyyətində əsas məsələ sosial-iqtisadi problemlərin həlli məsələsidir. Elə bu səbəbdəndir ki, bələdiyyə ərazisində əhali ilə mütəmadi olaraq görüşlər keçiririk. Ağsaqqallar və ziyalılarla ictimai dinləmələr təşkil edirik. Ona görə də seçicilər  tərəfindən qaldırılan məsələlərin həlli üçün bələdiyyə büdcəsinin formalaşmasına xüsusi diqqət yetiririk  və ötən illərlə müqayisədə bu daha çox hiss olunur və hesab edirəm ki, bu irəliləyişi seçicilər də hiss edir.

- Sizin fikrinizcə, vətəndaş məmnunluğunun təmini üçün bundan sonra bələdiyyələr hansı addımlar atmalıdır?

-  Hesab edirəm ki, bələdiyyəmizlə seçicilər arasında yaratdığımız bir təmas, iş birliyi mövcuddur. əsas məsələlərdən biri sakinlərlə ünsiyyət məsələsidir. Bu sahədə maariflənməyə çox böyük ehtiyac vardır. Heç şübhəsiz ki, birgə fəaliyyətimiz zamanı bu əlaqələr daha da möhkəmlənir. Çalışırıq ki, bu yöndə işlərimizi daha da fəallaşdıraq. Onu da qeyd edim ki, sakinlərlə bələdiyyə ünsiyyəti yetərincə formalaşsa qarşıya çıxan bütün problemlərin həlli mümkündür.

Belediyye.info

 

ŞƏRHLƏR